\

\"Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram\" - Prezident

Hazırda oxunan: \"Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram\" - Prezident

116952

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə hücumu qınayıb.

Bizim.Media xəbər verir ki, dövlət başçısı şəhid olan təhlükəsizlik xidmətinin əməkdaşının yaxınlarına başsağlığı verib.

"Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - paylaşımda deyilir.

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO