"Diplomatik missiyalara edilən hücumu qətiyyətlə pisləyirik" - Leyla Abdullayeva

Hazırda oxunan: "Diplomatik missiyalara edilən hücumu qətiyyətlə pisləyirik" - Leyla Abdullayeva

116935

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İranı Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Leyla Abdullayeva tviterdə yazıb.

"Azərbaycanın İrandakı səfirliyinə acınacaqlı silahlı hücum edilib və hücüm nəticəsində təhlükəsizlik işçisi həlak olub. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkə tərəfindən Vyana Konvensiyasının yerinə yetirilməsinə çağırırıq".
 

MÖVZU İLƏ BAĞLI:

İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərov kimdir? – 2 övladı qaldı... 


Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb. 

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO