Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu dəf edərkən həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərova şəhid statusu verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı Rəsmi Bakının AÇIQLAMASI
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media