XİN: “Laçın yolundakı vəziyyətin müharibə ilə həlli təklifi ciddi təhdiddir”

XİN: “Laçın yolundakı vəziyyətin müharibə ilə həlli təklifi ciddi təhdiddir”

Hazırda oxunan: XİN: “Laçın yolundakı vəziyyətin müharibə ilə həlli təklifi ciddi təhdiddir”

116680

Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan XİN Mirzoyana CAVAB VERDİ 


Bildirilib ki, Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur.

Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keşmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib.  

Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO