Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus altı avtomobil ərazidən maneəsiz keçib.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 44 gündür davam edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:36 / 24.01.2023
BQXK-nin 6 avtomobili Laçın yolundan keçdi - FOTO
Hazırda oxunan: BQXK-nin 6 avtomobili Laçın yolundan keçdi - FOTO
Hazırda oxunan: BQXK-nin 6 avtomobili Laçın yolundan keçdi - FOTO
116322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.