İtkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı BMT-yə MÜRACİƏT OLUNDU

İtkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı BMT-yə MÜRACİƏT OLUNDU

Hazırda oxunan: İtkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı BMT-yə MÜRACİƏT OLUNDU

116319

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bizim.Media xəbər verir ki, Baş katibə ünvanlanan məktubda Ermənistanın 30 ilə yaxın işğal siyasətindən sonra minlərlə itkin düşmüş azərbaycanlının taleyi barədə məlumat verməyə borclu olduğu qeyd olunub.

Bildirilib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 3 890 vətəndaşı, o cümlədən 719 mülki şəxsi itkin düşüb.

Yaşar Əliyev BMT Baş katibinin diqqətinə çatdırıb ki, Ermənistanın əsirliyində onlarla azərbaycanlı dustaq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ziyarətindən sonra belə ölüb və ya yoxa çıxıb.

Eyni zamanda, Azərbaycan təmsilçisi işğal altındakı ərazilərin azad olunmasından sonra aşkarlanan kütləvi məzarlıqların Ermənistanın bu torpaqlarda qəsdən mülki şəxsləri hədəfə alması faktına işıq saçdığını bildirib:

“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba təhvil verib. Ermənistanın bütün əxlaqi prinsiplərə zidd olaraq, beynəlxalq humanitar hüququ pozaraq, insanların öz yaxınlarının taleyi haqqında bilmək hüququna açıq şəkildə məhəl qoymadan bu qalıqları otuz il ərzində saxlaması dərin hiddətə səbəb olmaya bilməz”.

Eyni zamanda, diplomat Ermənistanın “hələ də Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kütləvi məzarlıqlar barədə məlumat verməkdən” yayındığını vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın işğalı zamanı Azərbaycan ərazisinə qoyduğu yüz minlərlə minanın tam və dəqiq xəritələrini təqdim etməkdən imtina etdiyi üçün Azərbaycanın axtarış əməliyyatlarına ciddi mina təhlükəsi də mane olur.
Bundan başqa, Yaşar Əliyev xatırladıb ki, Baş Assambleya və Təhlükəsizlik Şurası itkin düşmüş şəxslərlə bağlı bir sıra qətnamələr qəbul edərək, dövlətlərin beynəlxalq humanitar hüquq çərçivəsində zorakı itkin düşmələrin qarşısının alınması və itkin düşmüş şəxslərin taleyi haqqında hesabat vermək öhdəliklərini təsdiqləyib:

“Bu öhdəliklər qurbanların və onların ailələrinin hüquqlarını qorumaq üçün təcili tədbirlərə çevrilməlidir”.

Yekunda Azərbaycan nümayəndəliyinin başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın sözügedən mövzuda öz öhdəliklərini yerinə yetirməsi üçün israr etməsi vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO