İran Paşinyanın arvadına niyə çadra geyindirdi? - TƏFƏRRÜAT

İran Paşinyanın arvadına niyə çadra geyindirdi? - TƏFƏRRÜAT

Hazırda oxunan: İran Paşinyanın arvadına niyə çadra geyindirdi? - TƏFƏRRÜAT

116186

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrana gedib. Annanı İranda ən mötəbər qonaq kimi qarşılayıb, başını bağlayıb, müqəddəs ziyarətgahlar turuna çıxarıblar.

Akopyanı birbaşa müşayət edən şəxs isə İranın birinci xanımı Cəmilə Sədat Ələmolhoda olub. Akopyan dünyanın 90 ölkəsindən qadın nümayəndələrin qatıldığı tədbirdə iştirak edib. Lakin xüsusi münasibət digər 89 ölkənin yox, məhz Ermənistanın “first lady”sinə göstərilib.

Görüntülərdə də əks olunduğu kimi, Anna birbaşa İran rəsmilərinin yanında, yuxarı başda əyləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Molla rejimi Anna Akopyanı xüsusi sevgi ilə qarşıladı - VİDEO


Annaya qarşı xüsusi münasibət toplantıdan sonra da davam edib. Belə ki, Paşinyanın arvadını İranın dini mərkəzi sayılan Quma aparıb, məscidləri ziyarət etdiriblər. Bu azmış kimi, Fatimeyi-Zəhranın məqbərəsini də ziyarət etdiriblər. İmkanları olsa, Annaya dəstəmaz aldırıb namaz da qıldırarmışlar...

Bəs, Annaya xüsusi qayğının səbəbi nədir?

Əvvəla, beynəlxalq səviyyəli tədbirdə hər hansı fərdi diskriminasiyanın özü belə diplomatik etiketə uyğun deyil. Bir sıra istisna hallar var ki, ölkələr arasında münasibətlərin inkişafı, yaxud mədəni əməkdaşlıq formatında qeyri-formal görüş və ziyarətlər təşkil olunur. 

Lakin bu tip istisna halların Ermənistan nümayəndəsinə tətbiq olunması üçün hər hansı səbəb görünmür. Ona görə ki, İran-Ermənistan əlaqələri onsuz da yüksək səviyyədədir. Elə bir neçə gün öncə İrəvan və Tehranın da qardaşlaşması bunun əyani örnəyidir. Eyni zamanda İran rəsmilərinin dilindən ermənilərlə bağlı “bir millət, iki dövlət” tezisi eşitməyə də artıq adət etmişik. 

İkincisi, məscidləri gəzdirməyə aparılan şəxs yanlış seçilib. Çünki Anna Akopyan illərdir İslam abidələrinə qarşı vandalizm aktları törətmiş ölkənin birinci xanımıdır. İstər Qarabağda, istər Ermənistanın özündə yüzlərlə məscid dağıdılıb, mundarlanıb, talan edilib.

Amma görünür, “İslam Respublikası” üçün İslam sadəcə siyasi oyuncaqdır. Əgər maraqlar ön plana keçərsə, İslamı təhqir edənlərlə də bir masaya oturub, qardaşlıq etmək İran üçün problem deyil. 

Bu rəzilliyin son həddidir.

Çünki İslam fəlsəfəsinə görə, haqsızlığa qarşı susan dilsiz şeytandır. İran isə haqsızlığa qarşı susmaq bir kənara, ona sponsorluq, yardım edir. Yəni, İran İslamı Ermənistandan daha çox alçaldıb, təhqir edir. Hətta, ermənilərə qaz verməklə məscidlərimizdə saxladıqları donuzlar üçün istiliyi də təmin edən elə İranın özüdür.

Annaya çadra geyindirib, məscidə aparmaqla İslam PR-ı apardığını düşünən İranın iç üzü budur. Hansı ki, onlar iç üzlərini dəfələrlə nümayiş etdiriblər, amma bunu hələ də görmək istəməyənlərin sayı kifayət qədərdir. Kaş, budəfəkilər onlara dərs ola.

Düşünürəm ki, İranın birinci xanımının Ermənistanda oxşar formada ziyarətlərə aparılması, mümkün olmasa da, maraqlı olardı. Ona dağıdılmış məscidləri göstərərdilər. Görərdik ki, Cəmilə xanım indiki kimi, onda da Anna ilə deyib gülə biləcəkmi?
Məncə, biləcək. Üzdə olmasa da, qəlbində qəhqəhə çəkəcək. Çünki molla rejimi həyasızlıqda artıq erməniləri də geridə qoyub. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO