Ermənistan anlamalıdır ki, Bakının təklif etdiyi 5 prinsip masa üzərində əbədi olaraq qalmayacaq

Ermənistan anlamalıdır ki, Bakının təklif etdiyi 5 prinsip masa üzərində əbədi olaraq qalmayacaq

Hazırda oxunan: Ermənistan anlamalıdır ki, Bakının təklif etdiyi 5 prinsip masa üzərində əbədi olaraq qalmayacaq

116114

Diplomatiyanın güzgü effekti

“Zəka fakt qarşısında acizdir. Amma söhbət Ermənistan zəkasından getdikdə əvvəlki cümlənin sonuna sual işarəsi qoymağa məcbur oluruq. Foto-video faktlar Laçın yolunun açıq olduğunu sübut etsə də, İrəvan Bakını “etnik təmizləmə” və “soyqırım” cəhdində ittiham edir”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) hazırladığı təhlildə yer alıb.

“İttihamlar Ermənistanın yeni şəraitə uyğunlaşmış köhnə siyasət məntiqinə sığır:

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq → Azərbaycanı Qarabağ ermənilərinə qarşı etnik təmizləmə və soyqırım cəhdində ittiham etmək → ermənilərin Azərbaycan yurisdiksiyası altında yaşaya bilməməsi məsələsini beynəlxalq arenada qaldırmaq → “islahedici ayrılma” prinsipi altında Qarabağı Azərbaycan ayırmaq.

Bakı bunu yaxşı başa düşür və adekvat addımlar atır. Ərazi bütövlüyü, etnik təmizləmə, dəhliz, status kimi hər bir iddia/ittihama analoji tərzdə cavab verilir. 

Ərazi bütövlüyü

Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması, Ermənistan və digər ölkələrdən Qarabağa diversantların göndərilməsi, I Qarabağ müharibəsində işğal edilən 8 kəndi qaytarmaqdan imtina Azərbaycana qarşı açıq ərazi iddialarıdır. Adekvat cavab özünü gözlətmədi. Azərbaycan prezidentinə əsasən, “əgər (ermənilər) bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. ... Delimitasiyanı istəmirlər? ...Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Mən hesab edirəm ki, buradan keçir”.

Etnik təmizləmə

Etnik təmizləmə və soyqırım ittihamlarına cavab olaraq Azərbaycan Ermənistanın monoetnik ölkə olmasına, dinc azərbaycanlılara qarşı 31 Mart, Xocalı soyqırımlarını törətməsinə və onları Qərbi Azərbaycan və Qarabağ ərazilərindən etnik təmizləməyə məruz qoymasına diqqət çəkir.

Bir faktı qeyd edək: müharibəyə qədər indiki Ermənistanın 300-dən çox şəhər və kəndlərində 200 mindən çox azərbaycanlı yaşayırdı. Bunların 170-dən çoxunda ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə isə azərbaycanlılar əksəriyyət təşkil edirdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə Ermənistan indiki əhalisi 98,1% etnik ermənilərdən, 1,2% yezidi kürdlərdən, 0,7% isə digər etnoslar ibarətdir.

Zəngəzur dəhlizi

Artıq 2 ildir ki, Ermənistan Azərbaycan üçün Zəngəzur dəhlizini açmadığı halda, Laçın yolundan istifadə edir. Ermənistan Laçında Bakının nəzarət-yoxlama məntəqəsinin qurulmasına, Zəngəzura isə eksterritoriallığın verilməsinə qarşı çıxır. Bakının fikrincə hər iki marşrut eyni statusa malik olmalıdır: ya hər ikisi dəhliz (Rusiya variantı), ya da yol (Brüssel variantı) olmalıdır.

İrəvanın bu variantdan imtina etməsi Bakının Laçın yolunda ekoaksiya keçirtməsinə, Zəngəzur dəhlizinin isə Azərbaycan üçün strateji layihə olduğunu bir daha təsdiq etməsinə gətirdi. Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən, Azərbaycan “Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti” verməli, Ermənistan isə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilini” təmin etməlidir.

Qərbi Azərbaycan

Ölkə başçısına əsasən, “Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?”.

Qeyd edək ki, bizim bu məsələdə dəlil və arqumentlərimiz daha əsaslıdır:

Qarabağda azərbaycanlılar ermənilərlə bərabər yaşadığı halda, indiki Ermənistanın 170-dən çox kəndində təkcə azərbaycanlılar yaşayırdı; Qarabağ erməniləri Azərbaycan əhalisinin cəmi 2%-ni təşkil edirdisə, Ermənistanda yaşayan azərbaycanlılar ümumi əhalinin orta hesabla 10%-ni təşkil edirdi. Sülh sazişi qarşılıqlı öhdəlikləri özündə təcəssüm etdirir. Ermənistan buna getmək istəmirsə, demək prosesi məqsədyönlü şəkildə konfrantasiya istiqamətində aparır.

Ermənistan anlamalıdır ki, Bakının təklif etdiyi 5 prinsip masa üzərində əbədi olaraq qalmayacaq”, deyə mənbə qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO