Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.
"Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”, - paylaşımda deyilir.
Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:49 / 22.01.2023
Azərbaycan XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pislədi
Hazırda oxunan: Azərbaycan XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pislədi
Hazırda oxunan: Azərbaycan XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pislədi
116091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.