“Hüzn Günü” kimi tanınan 20 Yanvar faciəsinin 33-cü ildönümündə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə səfir Türkiyənin “Hürriyet” nəşrinə danışıb.
O, qeyd edib ki, 1990-cı il yanvarın 20-si Sovet İttifaqının dağılmasının başlanğıcı oldu:
“1990-cı il yanvarın 9-da Ermənistan Sovet Respublikasının Parlamenti Azərbaycanın ərazisi olan Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. 1990-cı il yanvarın 20-də Azərbaycana əsgər və kəşfiyyat qüvvələri göndərildi. Bir gecədə 147 nəfər tanklar və zirehli texnikalar tərəfindən əzildi və güllələndi”.
Diplomat bildirib ki, 1990-cı il yanvarın 20-si müstəqilliyimizin başlanğıcı oldu:
“20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı, SSRİ dağıdıldı, Azərbaycan öz müstəqilliyini əldə etdi, xalq milli birlik və azadlıq əldə etdi. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbə ilə 20 Yanvar şəhidlərinin ruhu rahatlıq tapdı”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:21 / 20.01.2023
Türkiyədəki səfirimiz SSRİ-nin Qarabağ planından danışdı
Hazırda oxunan: Türkiyədəki səfirimiz SSRİ-nin Qarabağ planından danışdı
Hazırda oxunan: Türkiyədəki səfirimiz SSRİ-nin Qarabağ planından danışdı
115786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.