“Ermənistanın Moskva görüşündən imtinası danışıqları dalana dirəyib” – Rəsmi 

“Ermənistanın Moskva görüşündən imtinası danışıqları dalana dirəyib” – Rəsmi 

Hazırda oxunan: “Ermənistanın Moskva görüşündən imtinası danışıqları dalana dirəyib” – Rəsmi 

115757

“Ermənistan Moskvada görüşə bir gün qalmış iştirakdan imtina edib. Bu da danışıqlar prosesini dalana dirəyib”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu, çox məsuliyyətsiz, növbəti dəfə Ermənistanın qeyri-ardıcıl addımlarının bariz nümunəsidir.

"Eyni zamanda, biz son günlər ərzində Ermənistan tərəfinin manipulyasiya siyasətinin başqa bariz nümunələrini də görürük. Baxmayaraq ki, Ermənistan tərəfi danışıqlar prosesindən imtina edir, danışıqlarda iştirakdan yayınır, ancaq çağırışlar edir ki, guya məsələ Azərbaycan tərəfinin üzərindədir. Bu tamamilə yanlış yanaşmadır. Bunun əsas məqsədi beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və çaşqınlıq yaratmaqdır", - XİN rəhbəri vurğulayıb.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO