“Yaşıl enerji ilə bağlı potensial böyükdür. Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə daha 10 qiqavatdır. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.
“Ötən ilin dekabrında biz Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma imzaladıq. Hazırda texniki-iqtisadi əsaslandırma həyata keçirilir. O, hazır olan kimi biz maliyyələşmə üzərində düşünəcəyik və əlbəttə ki, burada Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq”, - deyə ölkəmizin başçısı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:12 / 19.01.2023
İlham Əliyev Davosda keçirilən panel iclasında Yaşıl enerjinin imkanlarından DANIŞDI
Hazırda oxunan: İlham Əliyev Davosda keçirilən panel iclasında Yaşıl enerjinin imkanlarından DANIŞDI
Hazırda oxunan: İlham Əliyev Davosda keçirilən panel iclasında Yaşıl enerjinin imkanlarından DANIŞDI
115704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.