“Təəssüf ki, Ermənistan bizim sülh sazişinin imzalanması ilə bağlı təklifimizə cavab vermədi. Bu, çox sadə, beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan saziş olacaqdı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.
Ölkəmizin başçısı qeyd edib ki, Ermənistan Azərbaycanın Gürcüstanla birgə irəli sürdüyü üçtərəfli əməkdaşlıq formatını rədd edib:
“Komissar Hanın eyhamı o oldu ki, burada Ermənistan yoxdur. O dedi ki, burada Cənubi Qafqazın iki ölkəsi iştirak edir, ancaq orada üç dövlət var. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ancaq Ermənistan burada niyə yoxdur? Çünki bizim Gürcüstanla birlikdə irəli sürdüyümüz üçtərəfli əməkdaşlıq formatı Ermənistan tərəfindən rədd edildi”.
“Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub.
Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir”, - deyə Prezident vurğulayıb.
Azərbaycan Prezidenti qeyd edib ki, Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:58 / 19.01.2023
Prezident: “Ermənistan Gürcüstanla birgə irəli sürdüyümüz üçtərəfli əməkdaşlığı rədd etdi”
Hazırda oxunan: Prezident: “Ermənistan Gürcüstanla birgə irəli sürdüyümüz üçtərəfli əməkdaşlığı rədd etdi”
Hazırda oxunan: Prezident: “Ermənistan Gürcüstanla birgə irəli sürdüyümüz üçtərəfli əməkdaşlığı rədd etdi”
115702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.