“Mənə 260 manat pensiya verilir, süpürgəçi təqaüdü...” – Keçmiş deputatdan narazılıq

“Mənə 260 manat pensiya verilir, süpürgəçi təqaüdü...” – Keçmiş deputatdan narazılıq

Hazırda oxunan: “Mənə 260 manat pensiya verilir, süpürgəçi təqaüdü...” – Keçmiş deputatdan narazılıq

11561

“Bəzi məmurlar ağıllı adamları sevmir. Kim İlham Əliyevin yanında Azərbaycan dövlətinin marağını qorumaq istəyirsə, həmin adamları ölkə başçısının heç top atəşi məsafəsinə buraxmırlar.

Bunu Bizim.Media-ya açıqlamasında istiqlalçı deputat olmuş politoloq Cümşüd Nuriyev dedi. 
 

MÖVZU İLƏ BAĞLI:

Cümşüd Nuriyev: “Rusiyanın Azərbaycan torpaqlarında qalması üçün heç bir saziş yoxdur”


“Yaxşı, başa düşdüm. Arada müharibə oldu, pandemiya oldu. Əgər bir istiqlalçı deputat öz Prezidentinə və vite-prezidentə müraciət edirsə, onun harayı heç hara çatmırsa, dövlətçilik əleyhinə işlər aparılır. Məktubda müxtəlif məsələlərə toxunmuş, müəyyən təkliflər vermişdim. 
Müəyyən məmurlar dövlət və milləti çox istəyənləri cəzalandırır”.

Bəzi məmurları nəzərdə tutan istiqlalçı deputat onların qudurduğunu və harınladığını ifadə etdi. 

“Onlar allahqlıq eşqinə düşüblər. Allah keçsin günahımdan, bilirsiniz nə qədər mikroallahlar yaranıb? Nazir və müavinini hardasa başa düşərəm, a kişi, bələdiyyə sədri də özünü Tanrı sayır. Azərbaycanda bu saat 5 minə qədər mikroallah var”.

Həmişə dövlətin yanında olmağın zəruri olduğunu dilə gətirən Cümşüd Nuriyev müəyyən məmurların bəzi siyasətçiləri qəsdən dövlətdən narazı salmaq istədiyini dilə gətirdi.

“Dövlət mənə 260 manat pensiya verir. Süpürgəçi təqaüdü... Bunu qəsdən edirlər. Azərbaycan dövləti elə günə qalıb ki, 7 istiqlalçı deputata pensiya vermir? Bunun arxasında duranlar var.

Məqsəd odur ki, bizi müxalifətə keçirtsinlər və biz İlham Əliyevin əleyhinə olaq. Amma mən ölkə başçısına qarşı ola bilmirəm, vicdanım yol vermir. Cəhənnəmə versinlər!


O pensiyanı kimin verdiyini də bilirəm. Məhkəmə yolu ilə həll edəcəm. Konstitusiya qanununa tüpürürlər. Hacıbaba Əzimov, Firudin Cəlilov kimi alimləri, mən də daxil, ümumən 7 istiqlalçı deputatıayağa qaldırmaq istəyirlər. 

Biz istiqlalçı deputat olaraq 30 il əvvəl canımızı qoyduq, təhlükə altına girdik və bizə süpürgəçi pensiyası verirlər. Ayıbdır! Deyirəm ki, heç olmasa əmək kitabçamı açın, baxın – 10 ildən çox dövlət qulluğum var. 3 elmlər doktoru, 3 professora bunu qəsdən edirlər ki, keçin o tərəfə, qatılın müxalifətə pensiya məsələnizi düzəldək. 

 

Prezidentə qarşı çıxmağı vicdanımız qəbul etmir” deyən Cümşüd Nuriyev sonda eyham vurdu ki, 5-ci kalon görün nə ilə məşğuldur!?


Xatırladaq ki, Azərbaycan xalqının müstəqillik istəyinə 1991-ci ildə parlamentdə 43 nəfər səs verib.

Onların arasında vəfat edənlər, hazırda pensiya problemi yaşayanlar və Milli Məclisdə hələ də deputat olanlar var. Siyahını təqdim edirik:

Heydər Əliyev, Firudin Cəlilov, Dilarə Əliyeva, Füzuli Axundov, Aydın Məmmədov, Əyyam Musayev, Vaqif Novruzov, Vahid Əhmədov, Ramiz Fətəliyev, Cümşüd Nuriyev, Məmməd Xələfov, Etibar Məmmədov, İxtiyar Şirinov, Nəriman Həsənzadə, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Tofiq Bağırov, Mürşüd Məmmədli, Şadman Hüseynov, Faiq Baxşəliyev, Mirmahmud Fəttayev, Ədalət Rəhimov, İsgəndər Həmidov, Mətləb Mütəllimov, Tahir Əliyev, Rəhim Qazıyev, Tamerlan Qarayev, Eldar Bağırov, Tofiq Qasımov, Məryəm Həsənova, Arif Hacılı, Tahir Kərimli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Maşallah Abdullayev, Hacıbaba Əzimov, Bayram Bayramov, Hicran Kərimli, İbrahim İbrahimli, Allahverdi Həsənov, Sülhəddin Əkbər, Şahmərdan Cəfərov, Fərəc Quliyev. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO