Prezident: “Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm platforma qurulub”

Prezident: “Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm platforma qurulub”

Hazırda oxunan: Prezident: “Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm platforma qurulub”

115476

“Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin “CGTN” telekanalına müsahibəsində söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Çinin televiziya kanalına MÜSAHİBƏ VERDİ - FOTO 


“Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var”, - deyə ölkə başçısı qeyd edib. 

Azərbaycanın Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, informasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri ölkəmizdə uzun illərdir ki, fəaliyyət göstərir:

“Biz Azərbaycanda daha çox Çin şirkətini görməyə ümid edirik”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO