Avropa Parlamentinin yanvarın 18-də keçiriləcək plenar iclasının gündəliyinə "Dağlıq Qarabağın blokadasının humanitar nəticələri" mövzusu salınıb. Bu barədə Ermənistan parlamentinin müxalif deputatı Elinar Vardanyan məlumat verib. Onun fikrincə, müzkirələrdən sonra qətnamə və ya bəyanatın qəbulu gözlənilir.
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov isə bildirir ki, ermənilərin hay-küy salmaq adətidir və bu illərdir davam edir:
“Azərbaycanın isə deməyə hələ çox sözü var, qoy ermənilər cəhd eləsinlər ki, avropalılar hayların xətrinə heç olmasa bizim arqumentlərimizi də eşitmiş olarlar. Bizim əsas məqsədimiz yaranmış vəziyyətdən istifadə edərək mənfi yükü müsbət məcraya yönəltmək olamlıdır”.
Abbasov vurğulayıb ki, haylar haray salaraq bəyan edirlər ki, guya Qarabağda yaşayan 120 min əhali məhvə doğru gedir. Ərazidə guya humanitar fəlakət yaşanır.
İrəvan bu fonda çalışır ki, həmin mövzunu gündəmə gətirib, beynəlxalq təşkilatlarda müzakirələrin keçirilməsinə nail olsunlar:
“Ancaq məsələ ondadır ki, Avropa Parlamentinin çıxardığı qərarlar tövsiyyə xarakteri daşıyır və icra üçün mütləq deyil. Çıxarılan qətnamələrlə bağlı işlərin görülməsi üçün qurum hər hansı mexanizmləri yoxdur. Digər tərəfdən, onlar Azərbaycan Ermənsitan qarşıdurmasının təfərrüratlarını tam bilirlər.
Dəfələrlə Bakı bu institut çərçivəsində qaçqınlar, məcburi köçkünlər problemini qaldırıb. O zaman da dinləyib, qərar verirdilər. Amma çıxardıqları qərarlar icra üçün mütləq deyil”.
Həmsöhbətimiz qeyd edir ki, Avropa Parlamenti doğru qərar qəbul etməsə də belə, bu, Azərbaycanın mövqeyini dəyişməyəcək:
“Faktiki olaraq, Azərbaycanın deməyə sözü var. Ərazi tarixi, hüquqi baxımdan Azərbaycanındır. Burada nə kimdənsə üzr istəməməli, nə də kiminsə qarşısında gözükölgəli olmayacağıq.
Ermənilərin hüquqları, onların təminat və qorunması da Azərbaycan Prezidentinin bildirdiyi kimi, Azərbaycan hökumətinin üzərində olan məsələdir. Bu məsələni kənar heç kəslə həll etməyəcəyik”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:40 / 17.01.2023
“Ermənilərin Avropadakı səs-küyü Azərbaycanın xeyrinədir” – Tofiq Abbasov
Hazırda oxunan: “Ermənilərin Avropadakı səs-küyü Azərbaycanın xeyrinədir” – Tofiq Abbasov
Hazırda oxunan: “Ermənilərin Avropadakı səs-küyü Azərbaycanın xeyrinədir” – Tofiq Abbasov
115219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.