''Mən fəxr edirəm ki, müsəlman dünyasının ilk demokratik ölkəsindənəm'' - Mehriban Əliyeva - VİDEO

''Mən fəxr edirəm ki, müsəlman dünyasının ilk demokratik ölkəsindənəm'' - Mehriban Əliyeva - VİDEO

Hazırda oxunan: ''Mən fəxr edirəm ki, müsəlman dünyasının ilk demokratik ölkəsindənəm'' - Mehriban Əliyeva - VİDEO

11517

«Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm».

Bizim.Media xəbər verir ki, bunu  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İSESCO-nun “Qadınlar ili” çərçivəsində keçirdiyi videokonfransda deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva ICESCO-nun tədbirində çıxış etdi


O bildirib ki, Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür.

Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır.
 

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır.


Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO