Aİ Ermənistanın Azərbaycanla sərhədinə MİSSİYA GÖNDƏRƏCƏK

Aİ Ermənistanın Azərbaycanla sərhədinə MİSSİYA GÖNDƏRƏCƏK

Hazırda oxunan: Aİ Ermənistanın Azərbaycanla sərhədinə MİSSİYA GÖNDƏRƏCƏK

115158

Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə göndəriləcək.

Bizim.Media "armenpress"ə istinadən xəbər verir ki, missiya fevralın 20-də başlayacaq.

Bu gün məsələ Avropa İttifaqı səfirlərinin görüşündə müzakirə ediləcək, yekun qərar isə gələn həftə Aİ XİN başçılarının iclasında veriləcək.

Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin, müşahidə missiyaları ilə məşğul olan əsas orqan - Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib.
Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO