“Vardanyanın sülhməramlıların çətiri altında gizlənən yerli kriminal avtoritetlərlə birgə fəaliyyəti hər keçən gün Bakıda “faydalı axmağın boşboğazlığı” adlandırıla biləcək xarakter alır, ciddiyyətini itirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
Keçmiş nazir Qarabağın Ermənistana birləşdirilməsi, yəni “miatsum 2” ideyalarının yenidən baş qaldırması məsələsinə də münasibət bildirib. T. Zülfüqarov qeyd edib ki, bu ideyanın fəlakətli şəkildə tarixə qovuşmasına az qalıb.
“Daha bir neçə həftə və "miatsum 2" layihəsi fəlakətli şəkildə tarixin tozlu səhifələrinə qarışacaq”, - deyə eks-nazir əlavə edib.
Tofiq Zülfüqarov Rusiya sülhməramılılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə fəaliyyətlərini davam etdirən separatçıların bölgədən qaçmağa başlayacaqlarını vurğulayıb:
“Əgər Ağdərə-Kəlbəcər-Ermənistan sərhədi marşrutu üzrə hərəkəti təmin edib, tam nəzarətimiz altında alsaq, o zaman “miatsumçuların” total qaçışı prosesi cəmi bir-iki ay çəkəcək”.
Qeyd edək ki, son həftələrdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasında fəaliyyətini davam etdirən separatçı rejimin rəhbərləri arasında gərginlik hökm sürür. Eyni zamanda bir sıra zəngin ermənilərin vəziyyətin günü-gündən daha qeyri-müəyyən hal aldığı bölgədən artıq qaçmağa başladığı deyilir.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:30 / 17.01.2023
“Separatçıların Qarabağdan qaçması bir neçə həftə çəkəcək” – Tofiq Zülfüqarovdan PROQNOZ
Hazırda oxunan: “Separatçıların Qarabağdan qaçması bir neçə həftə çəkəcək” – Tofiq Zülfüqarovdan PROQNOZ
Hazırda oxunan: “Separatçıların Qarabağdan qaçması bir neçə həftə çəkəcək” – Tofiq Zülfüqarovdan PROQNOZ
115068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.