Hadisələrin YENİ CƏRƏYANI - Almaniya Azərbaycana nə təklif göndərib?

Hadisələrin YENİ CƏRƏYANI - Almaniya Azərbaycana nə təklif göndərib?

Hazırda oxunan: Hadisələrin YENİ CƏRƏYANI - Almaniya Azərbaycana nə təklif göndərib?

115062

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer keçən həftə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı regional təhlükəsizlik məsələlərinə toxunaraq Berlinin Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa Birliyi-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.

Əksər ekspertlər onun bu zəngini Aİ-nin Brüssel formatının davam etdirilməsində maraqlı olması kimi qiymətləndiriblər. Qeyd edək ki, Fransanın ermənipərəst mövqeyi üzündən Azərbaycanla Ermənistan arasında sülh danışıqları üzrə Brüssel formatı böhran vəziyyətinə düşüb. 

Lakin görünür, Aİ rəsmiləri mövcud vəziyyətlə barışmayaraq, həmin formatı yenidən dirçəltmək üçün aldıqları dəstəyin istiqamətini dəyişərək, Parisi Berlinlə əvəz etmək qərarına gəliblər. 

Belə olan halda Azərbaycan-Ermənistan arasında danışıqların Almaniyanın vasitəçiliyilə Brüssel formatının yenidən aktivləşməsi mümkündürmü?  

Bizim.Media-ya açıqlama verən politoloq İlqar Vəlizadə bildirir ki, Almaniyanın vasitəçiliyi fonunda Brüssel formatı yenidən aktiləşə bilər. O şərtlə ki, Brüssel onu qəbul etsin: 

“Azərbaycan Prezidenti son çıxışlarında bildirib ki, çox güman Aİ Brüssel formatının davam etdirilməsi üçün gələcək addımlarını götür-qoy edəcək. İstisna etmirəm ki, Almaniya Prezidenti Ştaynmayerin Azərbaycan Prezidentinə zəngi də məhz bu kontekstdə atılıb. Ştaynmayer təcrübəli diplomatdır, kifayət qədər böyük təcrübəyə malikdir. Uzun illərdir Almaniyanın XİN rəhbəri vəzifəsində işləyib. Digər tərəfdən, Ştaynmayer XİN rəhbəri olan dövrdə Almaniya diplomatiyası Qarabağ münaqişəsinin çözümündə müəyyən fəallıq göstərib. İndi bildiyiniz kimi, Brüsselin vasitəçiliyində böhran yaranıb”.

Həmsöhbətimiz düşünür ki, Ştaynmayer sözügedən böhranın aradan qaldırılmasında rol oynaya bilər: 

“Güman ki, o Aİ rəhbərliyini Brüssel formatını dirçəltmək üçün prosesdə müəyyən kommunikasiya apara biləcəyinə inandırıb. Hətta Ştaynmayer Brüsseldən razılıq almasa da belə, təcrübəsinə istinadən bu istiqamətdə addım ata bilər.
Fransa Prezidenti özünün vasitəçiliyə xas olmayan hərəkətlərilə Aİ-nin vasitəçiliyini böhran vəziyyətinə salıb. Ona görə də görünən odur ki, Ştaynmayerin timsalında daha təcrübəli və bacarıqlı Avropa liderləri yaranmış durumu dərk edərək, vəziyyəti dəyişdirməyə çalışırlar. Bu mənada Almaniyanın vasitəçiliyi fonunda Brüssel formatının yenidən faydalı olub-olmayacağını zaman göstərəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO