Vardanyanı tezliklə bu şəxs əvəz edəcək - Xankəndidə yeni proseslər başlayır

Vardanyanı tezliklə bu şəxs əvəz edəcək - Xankəndidə yeni proseslər başlayır

Hazırda oxunan: Vardanyanı tezliklə bu şəxs əvəz edəcək - Xankəndidə yeni proseslər başlayır

115005

Dekabrın 12-dən Şuşa-Xankəndi yolunda başlanılan dinc aksiya hər gün öz effektivliyin göstərir. İlk baxışdan aksiya iştirakçıların ilkin tələblərinin hələ də açıq qaldığı görünür. Lakin, bu aksiya böyük ölçüdə həm Ermənistanda, həm də Xankəndində ciddi təşviş yaradıb. Ermənilərin bütün hay-küylərinin Beynəlxalq aləmdən tutarlı dayaq almaması səbəbi ilə rəsmi İrəvan və separatçıların başında duranlar islah olunmağa başlayıblar. Bununla da sanki Azərbaycana mesaj vermək istəyirlər ki, təkliflərə yenidən baxmağa hazırıq. Doğrudur, bu fikirlər rəsmi şəkildə səslənməyib. Lakin. proseslər buna aparır. 

Erməni mətbuatı Vardanyanın yola salındığını yazır

Yola saldığımız həftənin son günlərində erməni mətbuatı Robert Vardanyanın və Arayik Arutyunyanın yola salınmasından daha çox yazdı. Məsələn, "Hraparak”, "MediaHub” teleqram kanalı və digər erməni mənbələri yazdı ki, gediş məsələsi Vardanyandan "daha böyük yerdə” həll edilib və Bakının tələbləri qarşısında qondarma rejimin "rəhbərliyi” Qarabağı tərk edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Vardanyanı Xankəndidən qovurlar


Bəs, Vardanyan niyə belə tez yola salınır?

Bunun bir neçə səbəbi var:

Vardanyanın “xaç atası” Kremli və rəsmi İrəvan Azərbaycanın təzyiqləri qarşısında tab gətirə bilmədi.

Rusiya Vardanyandan gözlədiyi effektiv addımları görmədi. Məlumdur ki, Vardanyan Moskvanın ehtiyat kartı idi. Kremli onu Qarabağa xüsusi missiya ilə göndərmişdi. Ona verilən tapşırıqlardan biri Qarabağdakı 25-30 minlik erməninin sosial probleminin həll edilməsi idi. Çünki, hazırda Xankəndindəki ermənilərin sosial problemləriylə  əsasən rusliyalı sülhməramlılar məşğuldur.

Vardanyanının gəlişi ilə Rusiya bu yükdən azad olmaq istəyirdi. Lakin, Vardanyan bunu nədənsə etmədi.

Ona verilən digər tapşırıq isə təkcə Xankəndində deyil, həm də Ermənistanda xalqın sevgisini qazanmaq idi. Bu yolla Moskva Paşinyana yeni və özləri üçün daha uğurlu varis hazırlamaq istəyirdi. Lakin, erməni milyarderin siyasi səriştəsizliyi və avantürist addımları onu çox tez gözdən saldı. Artıq ona heç kəs etimat etmir. Əksinə, həm rəsmi İrəvan, həm də Moskva Vardanyanın problemin həlli yolunda “qara kötük” olduğunu anlayır.

Moskva yenidən “Qarabağ klanı”na stavka etmək istəyir. Erməni mətbuatının son 2 gündə yazdıqlarından aydın olur ki,  qondarma rejimin keçmiş rəhbəri Bako Saakyan ətrafında ciddi müzakirələr aparılır. Həm rəsmi İrəvan, həm də ki, Kreml onu ən azından yeni "dövlət naziri” kimi görür.

Bu ehtimallar nə qədər reallaşacaq, bunu zaman göstərəcək. Görünənsə odur ki, rəsmi Bakının təzyiqləri və Şuşa-Xnkəndi yolundakı dinc aksiya öz pozitiv nəticələrini verməkdədir.

Həm Moskva, həm də İrəvan daha rahat idarəolunan və sözəbaxan kadrı separatçıların başına gətirmək istəyirlər. Bununla da təkcə Ermənistanı deyil, həm də ki, Qarabağdakı erməniləri Azərbaycanla sülhə hazırlamağa çalışır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO