BQXK-yə məxsus 4 avtomobil Xankəndi-Laçın yolundan maneəsiz keçdi - FOTO 

BQXK-yə məxsus 4 avtomobil Xankəndi-Laçın yolundan maneəsiz keçdi - FOTO 

Hazırda oxunan: BQXK-yə məxsus 4 avtomobil Xankəndi-Laçın yolundan maneəsiz keçdi - FOTO 

114773

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Bizim.Media Report-a istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 4 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində dərman preparatları olub.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə BQXK-yə məxsus ümumilikdə 9 avtomobil maneəsiz hərəkət edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO