TDT Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarını PİSLƏDİ 

TDT Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarını PİSLƏDİ 

Hazırda oxunan: TDT Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarını PİSLƏDİ 

114667

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidmətinin məlumatında bildirilib.

Bəyanatda qeyd olunub ki, TDT-nin Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf mühitə mənfi təsirindən ciddi narahatdır və beynəlxalq hüququn tələblərini pozan bu cür qanunsuzluqları pisləyir.

Bəyanatda həmçinin, Ermənistanın bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırış edilib və bununla bağlı Azərbaycanın bütün cəhdlərini dəstəklənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO