Sosial müavinətlərin məbləği ARTIRILDI

Sosial müavinətlərin məbləği ARTIRILDI

Hazırda oxunan: Sosial müavinətlərin məbləği ARTIRILDI

114513

Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Fərmana əsasən, 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib.

1.1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;

1.2. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;

1.3. ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;

1.4. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;

1.5. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;

1.6. uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;

1.7. dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat.

2. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361; 2021, № 8, maddə 922, № 12, maddə 1361; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənd üzrə:

2.1.1. 1.1.1-ci yarımbənddə “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.5. 1.1.6-cı yarımbənddə “100” rəqəmləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.6. 1.1.10-cu yarımbənddə “70” rəqəmləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. 1.2.1-ci yarımbənddə “237” rəqəmləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.2.2-ci yarımbənddə “300” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;

2.2.3. 1.2.3-cü yarımbənddə “350” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO