Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə TƏMSİLÇİLİK XƏRCLƏRİ ödəniləcək

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə TƏMSİLÇİLİK XƏRCLƏRİ ödəniləcək

Hazırda oxunan: Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə TƏMSİLÇİLİK XƏRCLƏRİ ödəniləcək

114456

Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən ediləcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə səlahiyyətlərinin icrası ilə bağlı əməkhaqlarının 25 faizi, səfir müavini, "müşavir elçi", "daimi nümayəndənin müavini", "müşavir", "konsul" və "birinci katib" vəzifələrini tutan diplomatik xidmət əməkdaşlarına, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi, digər vəzifələri tutan diplomatik xidmət əməkdaşlarına isə əməkhaqlarının 10 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO