Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı hazırlanacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısını, habelə həmin diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək kompensasiyanın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin, Nazirlər Kabineti Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibini, aylıq əlavənin məbləğini müəyyən edən fərqləndirici əmsalları və onların tətbiq edilməsi qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:23 / 12.01.2023
Azərbaycan konsulluqlarının yerləşdiyi müharibə gedən ölkələrin siyahısı hazırlanacaq
Hazırda oxunan: Azərbaycan konsulluqlarının yerləşdiyi müharibə gedən ölkələrin siyahısı hazırlanacaq
Hazırda oxunan: Azərbaycan konsulluqlarının yerləşdiyi müharibə gedən ölkələrin siyahısı hazırlanacaq
114452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.