Prezident: “Ümidvaram ki, İtaliya ilə əməkdaşlıq möhkəmlənəcək”

Prezident: “Ümidvaram ki, İtaliya ilə əməkdaşlıq möhkəmlənəcək”

Hazırda oxunan: Prezident: “Ümidvaram ki, İtaliya ilə əməkdaşlıq möhkəmlənəcək”

114287

“Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul etdi


Dövlət başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirirb. 

Prezident, bununla yanaşı, Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğulayıb. İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO