Sahibə Qafarova: “Ermənistan müxtəlif bəhanələrlə sülhdən yayınır” - FOTO 

Sahibə Qafarova: “Ermənistan müxtəlif bəhanələrlə sülhdən yayınır” - FOTO 

Hazırda oxunan: Sahibə Qafarova: “Ermənistan müxtəlif bəhanələrlə sülhdən yayınır” - FOTO 

114283

Yanvarın 11-də Milli Məclisinin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Milli Məclisdən Bizim.Media-ya bildirilib ki, qonaqları salamlayan Milli Məclisin sədri ölkəmizin Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib.  

Bildirilib ki, Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir. 
Parlamentin sədri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri apardığını, artıq keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması prosesinin başladığını bildirib. Qeyd olunub ki, ərazilərin Ermənistan tərəfindən minalanması bu prosesə maneçilik törədir. 

Spiker, bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi üçün səy göstərir. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu məsələdən yayınır. 

Səmimi qonaqpərvərliyə görə minnətdarlığın bildirən Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına və əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini bildirib. 

O, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın hər iki ölkənin xalqlarının maraqlarına uyğun olduğunu vurğulayıb, bu istiqamətdə fikirlərini bölüşüb. 

Söhbətdə ikitərəfli münasibətlərin, parlamentlərarası təmasların, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin, ticarət əlaqələrimizin təşviqi, investisiya sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Görüşdə Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, parlament Aparatının rəhbəri Fərid Hacıyev, ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO