Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Azərbaycanın İsraildəki səfiri təyin edilib.
Bizim.Media xəbər verir ki, Muxtar Məmmədov 1983-cü ildə Bakıda anadan olub.
O, Bakı Dövlət Universitetinin, Belçikanın Avropa Kollecinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.
M.Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib.
2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. Belə ki, M.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, bu idarənin aparatına rəhbərlik edib.
Ötən ilin aprel ayından etibarən isə nazir müavini vəzifəsində çalışıb.
O, elm və təhsil sahəsində İsraillə innovativ əməkdaşlıq layihələrinə rəhbərlik edib.
Muxtar Məmmədov rus, ingilis və türk dillərini mükəmməl bilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:05 / 11.01.2023
Azərbaycanın İsrailə təyin olunan ilk səfiri KİMDİR? - DOSYE
Hazırda oxunan: Azərbaycanın İsrailə təyin olunan ilk səfiri KİMDİR? - DOSYE
Hazırda oxunan: Azərbaycanın İsrailə təyin olunan ilk səfiri KİMDİR? - DOSYE
114214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.