“Əsas xərclərin istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etməkdir” – İlham Əliyev

“Əsas xərclərin istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etməkdir” – İlham Əliyev

Hazırda oxunan: “Əsas xərclərin istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etməkdir” – İlham Əliyev

114043

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Azərbaycandakı inflyasiyanı idxal edilmiş inflyasiya adlandırdı


“Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO