“Heç yerdə deməmişəm ki, evə ərzağı nisyə alıram” — Deputat

“Heç yerdə deməmişəm ki, evə ərzağı nisyə alıram” — Deputat

Hazırda oxunan: “Heç yerdə deməmişəm ki, evə ərzağı nisyə alıram” — Deputat

113936

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Jalə Əliyevanın adından yayılan bəzi sitatlar geniş müzakirələrə səbəb olub.

Məsələn, belə sitatlardan birində deyilir:

"Xalqımız elə bilir ki, biz deputatlar xan-bəy kimi yaşayırıq. İnanın mənə, hərdən evə ərzaq alanda borc yazdırıram. Həyat yoldaşım öləndə məzar daşı üçün kredit götürdüm".
Deputatın adından yayılan bu açıqlama onun şəkli ilə birgə Facebook-da tirajlanmaqdadır. 

Bizim.Media xəbər verir ki, modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Jalə Əliyeva ilə əlaqə saxlayıb. 

O, heç yerdə belə bir fikir səsləndirmədiyini vurğulayıb:

"Tamamilə yalan məlumatdır. Mən belə bir açıqlama verməmişəm, fikir səsləndirməmişəm. Hansısa bədxahlar bunu yalandan yaymaqla mənim adıma xələl gətirməyə çalışırlar".

Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO