Naxçıvan Ali Məclisində bu qərar qəbul edildi – YENİLƏNİB

Naxçıvan Ali Məclisində bu qərar qəbul edildi – YENİLƏNİB

Hazırda oxunan: Naxçıvan Ali Məclisində bu qərar qəbul edildi – YENİLƏNİB

113927

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası başa çatıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, iclasda gündəlikdə duran məsələlərə baxılıb.
Ali Məclisin sessiyasında 2023-cü ilin büdcəsi təsdiqlənib.

Sessiyada dotasiyadan asılılığın azaldılması istiqamətində də müzakirələr aparılıb.

Sonda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxıb edib.

***09:40


Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının iclası keçiriləcək.

Bizim.Media istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Saat 11:00-da başlayacaq sessiyada aşağıdakı məsələlər müzakirə olunacaq:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO