Prezident bir qrup idmançıya və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançıya və idman mütəxəssisinə mənzil verib

Hazırda oxunan: Prezident bir qrup idmançıya və idman mütəxəssisinə mənzil verib

113838

Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderlərini təqdim edib.

Qeyd edək ki, bu gün 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO