İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Türkiyə BMM sədrinin dəvəti ilə Antaliyadadır. Məhəmməd Baqirin özünün yaydığı xəbərdə bildirilir ki, Türkiyədə 44 ölkədən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq.
Səfər çərçivəsində eyni zamanda Azərbaycan, Türkiyə və İran Parlament sədrlərinin üçtərəfli görüş keçiriləcək.
Qeyd edək ki, İranda son aylar daxili vəziyyət xeyli kəskinləşib. Ölkəni etirazlar dalğası bürüyüb. Eyni zamanda, İran rejiminin yürütdüyü siyasət nəticəsində son zamanlar onun qonşularla, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətləri müəyyən dərəcədə gərginləşib. Belə bir ərəfədə, Antalyada 3 ölkə parlament rəhbərlərinin görüşü kifayət qədər diqqət çəkəndir.
Bu görüş zamanı nələr müzakirə edilə bilər?
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, İran tərəfi həmin danışıqlar fonunda özünün antiazərbaycan və antitürkiyə siyasətindən imtina etdiyini bəyan etməli və münasibətlərin yenidən yaxşılaşdırılması üçün xoş niyyət ortaya qoymalıdır:
“İranın ali-siyasi rəhbərliyi yürütdüyü yanlış siyasət üzündən bu gün təcrid vəziyyətindədir.
İran hakimiyyəti bu əsasda bilməlidir ki, hazırkı situasiyada onun dostlarının sayı bir əlin beş barmağından da azdır. Belə olan vəziyyətdə İran bilməlidir ki, dostları, qonşuları ilə münasibətlərini yaxşı vəziyyətdə saxlamalıdır. Amma bunun əksini görürük.
Tehran Azərbaycanla münasibətləri son dərəcədə korlayıb.
Türkiyə ilə münasibətləri kritik həddədir. Səudiyyə Ərəbistanı və fars körfəzinin digər ərəb dövlətlərilə düşmən vəziyyətindədir. Onun yeganə dostları Ermənistan, Rusiya, Suriya və Livandır. Belə olan halda İran yeritdiyi yanlış siyasət üzündən itirdiyi əlaqələri bərpa etməyə daha çox çalışmalıdır. Asiya Parlament Assambleyasının yaradılması təklifinin reallaşması istiqamətində yaxınlarda addımlar atılacaq. Bu kontekstdə Azərbaycan, Türkiyə və İran arasında danışıqların olmasına böyük ehtiyac var.
İran tərəfi bu danışıqlar fonunda özünün antiazərbaycan və antitürkiyə siyasətindən imtina etdiyini bəyan etməli və münasibətlərin yenidən yaxşılaşdırılması üçün xoş niyyət ortaya qoymalıdır.
Bu halda İran dövlətinin perspektivilə bağlı müsbət fikir söyləmək olar. Antalyada olacaq üçtərəfli görüşdə açıq, səmimi təmasların olmasına, İranın yanlış addımlarının aradan qaldırılması istiqamətində fikir mübadiləsinə böyük ehtiyac var. Danışıqlar bu istiqamətdə aparıla bilər. Bu fonda onun müsbət nəticələri də ola bilər”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:15 / 09.01.2023
İran parlamentinin sədri ÜÇTƏRƏFLİ GÖRÜŞƏ hansı təkliflə gələ bilər? - ŞƏRH
Hazırda oxunan: İran parlamentinin sədri ÜÇTƏRƏFLİ GÖRÜŞƏ hansı təkliflə gələ bilər? - ŞƏRH
Hazırda oxunan: İran parlamentinin sədri ÜÇTƏRƏFLİ GÖRÜŞƏ hansı təkliflə gələ bilər? - ŞƏRH
113790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.