Prezident: “İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb”

Prezident: “İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb”

Hazırda oxunan: Prezident: “İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb”

113781

İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib - FOTO/VİDEO


Ötən ilki nəticələri böyük nailiyyət adlandıran dövlətimizin başçısı deyib ki, dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır və hər il yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

“Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO