"Böyük Qayıdış" Şərqi Zəngəzurda həyata keçiriləcək – RƏSMİ

Hazırda oxunan: "Böyük Qayıdış" Şərqi Zəngəzurda həyata keçiriləcək – RƏSMİ

113532

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev yanvarın 6-da Qubadlı rayon İcra Hakimiyyətində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 

Xüsusi nümayəndəlikdən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətinin əməkdaşları, Qubadlı rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qazanılan Zəfərin tarixi əhəmiyyətindən danışan Vahid Hacıyev, zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə görülmüş irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb. 

Prezidentin xüsusi nümayəndəsi Qubadlı rayonunda aparılacaq bərpa-quruculuq işləri, Qubadlı kəndlərinin yenidən qurulması və burada mövcud olmuş iqtisadiyyat sahələrinin dirçəldilməsi üçün görüləcək işlər haqqında Qubadlı rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verib. 

Həmçinin o, “Böyük Qayıdış”ın ilk qədəmlərinin qoyulduğu Zəngilan rayonu Ağalı kəndinə keçmiş məcburi köçkünlərin artıq köçürülməsindən və bu prosesin davamlı olaraq bütün Şərqi Zəngəzurda, o cümlədən Qubadlı rayonunda həyata keçiriləcəyindən söz açıb. 

Sonra xüsusi nümayəndəliyin əməkdaşları Qubadlı rayonu İcra Hakimiyyəti nəzdində yaradılmış zəngin tarixi və mədəni irsə sahib Qubadlı rayon muzeyi ilə tanış olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO