Arye Qutun adına mükafat təsis EDİLDİ

Arye Qutun adına mükafat təsis EDİLDİ

Hazırda oxunan: Arye Qutun adına mükafat təsis EDİLDİ

113289

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyəti İsrail və Azərbaycan arasında son 15 ildə dostluq münasibətlərin daha da dərinləşməsində, eləcə də Azərbaycan həqiqətlərinin İsraidə təbliğində müstəsna rol oynamış mərhum israilli ictimai xadim və jurnalist Arye Qutun adına xüsusi mükafat təsis edib. 

Bizim.Media xəbər verir ki, hər il xüsusi mərasimdə təqdim olunacaq mükafat Azərbaycan və İsrail arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək şəxslərə və ya təşkilatlara təqdim olunacaq. 

Xatırladaq ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qrinqer və ABŞ-ın “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kissin dəstəyi ilə ikinci Qarabağ müharibəsində yaralanmış Azərbaycanlı hərbçi Arif Hacıyev haqqında lentə aldıqları “Göz qırpımında” adlı sənədli film də Arye Qutun əziz xatirəsinə həsr olunub. 
Fondun rəhbəri Nurit Qrinqer bildirib ki, 2022-ci ilin iyul ayında sonuncu dəfə Arye Qutla görüş zamanı Vətən müharibəsində ağır yaralanan qazi Arif Hacıyev haqqında sənədli film çəkilməsi ideyası ilə bölüşüb və Arye Qut bu təşəbbüsü dəstəkləyıb. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə görmə qabiliyyətini qismən itirmiş 24 yaşlı azərbaycanlı əsgər Arif Hacıyevin israilli donor tərəfindən verilən göz və israilli həkim Yişhay Falikin icra etdiyi əməliyyat sayəsində görmə qabiliyyəti bərpa edilib. 
Nəzərdə tutulub ki, Arye Qutun adını daşıyan mükafat 2023-cü ildə Azərbaycanda, Bakıda keçirilməsi planlaşdırılan “Göz qırpımında” sənədli filminin təqdimatı zamanı seçilmiş şəxsə və ya təşkilata təqdim olunacaq. 

Arye Qut 15 ildən çox Azərbaycan və İsrail arasında münasibətlərin yaxınlaşmasına xidmət edib.

1975-ci ildə Bakıda anadan olan Arye 2000-ci ildə İsrailə köçüb, oradan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinə rəhbərlik edib. O, Türkiyə-İsrail münasibətləri, İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifi olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO