"Biz də Bakı kimi İranın bəzi bəyanatlarından narahatıq” - İbrahim Kalın 

Hazırda oxunan: "Biz də Bakı kimi İranın bəzi bəyanatlarından narahatıq” - İbrahim Kalın 

112977

"Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər".

Bizim.Media xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

Ərdoğanın sözçüsü vurğulayıb ki, İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

"Belə bir səfərə hazırlıq görülürdü, onu təxirə salan bəzi səbəblər ortaya çıxdı. İndi protokollar üzərində danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur", - Kalın müsahibəsində deyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO