“62 erməni terrorçusu ilə bağlı qərarı Bakı verir, başqa heç kim” - MİLLƏT VƏKİLİ

“62 erməni terrorçusu ilə bağlı qərarı Bakı verir, başqa heç kim” - MİLLƏT VƏKİLİ

Hazırda oxunan: “62 erməni terrorçusu ilə bağlı qərarı Bakı verir, başqa heç kim” - MİLLƏT VƏKİLİ

11294

“Azərbaycan bayrağının Xankəndində dalğalanmasında qeyri-adi heç nə yoxdur. Çünki Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsidir. Dünya da bunu belə qəbul eləyib. Ona görə də orada Azərbaycan bayrağının dalğalanması ilə bağlı məsələ sırf zamanın işidir və dövlətimiz ardıcıl, sistemli şəkildə addımlarını atır”.

Bu sözləri Bizim.Media ilə söhbət zamanı millət vəkili Elman Nəsirov səsləndirdi.

Deputat əlavə etdi ki, Azərbaycan bayrağının Xankəndində dalğalanacağı müəyyən erməni siyasətbazlarının xoşuna gəlməsə də, bu reallıqdır:

“Hər şeyin zamana ehtiyacı var. 10 noyabr və 11 yanvar razılaşmaları planlı şəkildə həyata keçirilməkdədir. Paşinyan dərk edir ki, əldə edilən razılaşmaların şərtlərinin pozulması Ermənistanın intiharıdır. Düzdür, revanşistlər başqa xülyalarla yaşayırlar. Onların fikrincə Azərbaycan bayrağı heç vaxt Xankəndində asılmamalıdır. Hələki iddialarından əl çəkməyib, təxribatlara əl atırlar. 
 

Fevralın 2-də Qazaxın işğal altında olan Aşağı Əskipara kəndi ərazisindən Azərbaycan dövlət sərhədinin atəşə tutulması, 20 dəfə atəşkəsin pozulması göstərir ki, Ermənistan tərəfdə qisas ideologiyalı insanlar var. Amma bunların hamısı mənasız şeydir”.


Elman Nəsirov Ali Baş Komandan İlham Əliyevdən sitat gətirərək bildirdi ki, əgər ermənilər yenə eskalasiya yolunu seçsələr, gərginlik yaratsalar, təxribatçı addımlar atsalar Azərbaycanın “Dəmir Yumruğu”nu unutmasınlar. 

Qeyd edək ki, separatçı rejimin “polverli lider”i Araik Arutyunyan qondarma qurumlarının ləğv olunmadığını bəyan edib.

O, bu əldəqayırma siyahıya erməni qanunsuz silahlıları və xarici əlaqələri tənzimləyən “qurum”larını da əlavə edib. 

Belə təxribat xarakterli uyğunsuzluq və özbaşınalıqlar isə ermənilərin “Qarabağ klanı”nından qaynaqlanır deyənlər az deyil.

Azərbaycanın terrorçu kimi ələ keçirdiyi ermənilərə əsir “don”u geyindirmək isə İrəvan və Xankəndi “yan”larının ortaq cəhətidir.   

Xatırladaq ki, Putin, Şoyqu və Lavrov Azərbaycandakı erməni əsirlərin İrəvana qaytarılması üçün şəxsən çalışırlar. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Millət vəkili bu mövzuya cavabında qeyd etdi ki, Paşinyan əsir məsələsini üçtərəfli görüşlərdə (Azərbaycan-Rusiya-Ermənistan) də qaldırıb. 

“Ancaq məsələyə gərək obyektiv yanaşasan. 10 noyabr tarixindən müharibə bitib və həmin andan etibarən Azərbaycan Silahlı Qüvvələri, mülki əhaliyə hücum edən tərəflər artıq terrorçu hesab olunur. Onlar silahlı yaraqlılardır və heç bir halda Ermənistan ordusu ilə əlaqələndirmək olmaz. Onları hərbçi kimi təqdim etmək düzgün deyil. Birbaşa terrorçudurlar. 
 

Ona görə də Azərbaycan Xüsusi Xidmət orqanları, Milli Ordumuz 62 nəfər erməni terrorçunu həbs edib. Hər şeyi gərək öz adı ilə çağırasan. Məsələyə öz adı ilə müraciət edilməyəndə mahiyyət dəyişir. 


Rusiya rəsmiləri 62 nəfər erməni terrorçusunmu geri qaytarılması ilə bağlı danışıqlar aparır? Hesab edirəm ki, belə ritorik suallar yaranır. Bu səbəbdən də Azərbaycan dövlətinin mövzu ilə əlaqədar prinsipial, qəti mövqeyi var. Qarabağda heç bir əli silahlı erməni qalmamalıdır”.

“Belə anladım ki, Putin, Şoyqu, Lavrov bir yana, lap Bayden hökuməti də bu məsələdə İrəvanın tərəfində olsa da, terrorçuların geri qaytarılması müzakirə mövzusu deyil” sualına deputatın cavbabı belə oldu ki, “bəli, Azərbaycanın ərazisində başqa dövlətə məxsus silahlılar fəaliyyət göstərir, qanuna zidd əməllər həyata keçirir və siyasi ambisiyalarını ortaya qoyursa, bu beynəlxalq hüquq pozuntusudur. 

BMT-nin terrorizmlə bağlı 12 konvensiyası var. Həmin sənədlərdə belə davranışlara terrorizm deyilir və bunları reallaşdıranlıar da terrorçu adlandırılır”.

Elman Nəsirov sonda bir daha vurğuladı ki, nəzarətə götürülən erməni terrorçuları barədə qərarı Azərbaycan verir və bu məsələdə Bakının prinsipial mövqeyi var. 

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO