Fransa İrəvanı müharibəyə sürükləyir - Ekspertdən AÇIQLAMA  

Fransa İrəvanı müharibəyə sürükləyir - Ekspertdən AÇIQLAMA  

Hazırda oxunan: Fransa İrəvanı müharibəyə sürükləyir - Ekspertdən AÇIQLAMA  

112920

Beynəlxalq Böhran Qrupunun yaydığı hesabatında göstərilir ki, Qarabağ uğrunda son müharibədən iki il sonra Azərbaycan və Ermənistan sanki yeni qarşıdurmaya doğru irəliləyirlər. 

Qrup ekspertlərinin rəyinə görə, yeni müharibə daha qısa, lakin 2020-ci ildəki altı həftəlik münaqişədən az dramatik olmayacaq.

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Fransa bölgəmizdə müharibənin yenidən alovlanmasına çalışır:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı ilə İrəvan arasında yeni müharibə daha qısa olacaq - HESABAT


“Beynalxalq Böhran Qrupu kimi təşkilatların bir qolu transmilli şirkət və Qərbin siyasi dairələrinə bağlıdır. İndiki şəraitdə Fransa cidd-cəhdlə çalışır ki, müharibə yenidən alovlansın. Onlar qurduqları özünəməxsus planla Ermənistana silah-sursat ötürmək istəyirlər.

Ona görə də Beynəlxalq Böhran Qrupu kimi təşkilatların proqnozları da bilavasitə müharibənin qaçılmaz olması ilə bağlıdır. Niyyətləri də odur ki, bu dəfə Ermənistana revanş imkanı versinlər. Bu baxımdan görürük ki, sözügedən təşkilat qızışdırıcı mövqe sərgiləyir”. 

Politoloq bildirir ki, Azərbaycan bütün variantlara hazırdır:

“Bölgədə nə baş verdiyindən, ətraf qüvvələrin çalışma, istək və səylərindən də xəbərdarıq. Ona görə də ehtiyat variantlarımızın hamısı hazırdır. Bu dəfə Ermənistan alacağı zərbədən sonra ümumiyyətlə onun mövcudluğu məsələsi gündəmə gələcək. Bunu istəyirlərsə, olsun. İstənilən halda, Azərbaycan qalib gələcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO