Geridə qoyduğumuz 2022-ci il bir sıra unudulmaz hadisələrlə yadda qaldı. Bu il ərzində bir sıra açıqlamalar da oldu ki, gündəmə düşüb, günlərlə müzakirə edildi. Xüsusilə də deputatların çıxışlarında səsləndirdiyi bəzi fikirlər ciddi müzakirə olunsa da, cəmiyyətdə gülüş, tənqid hədəfinə çevrilənlər də oldu. Bəzi açıqlamaların isə tragikomikliyi ilə xatirələrdə qalmağı bacardı.
Bizim.Media 2022-ci ildə deputatların və dövlət məmurlarının ən yadda qalan açıqlamalarını təqdim edir:
Vahid Əhmədov: “İstər Baş nazir olsun, istər Baş nazirin müavini, istər nazirlərin hamsının Qubada, Qusarda villaları var”
Millət vəkili Vahid Əhmədov Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında qeyd olunan fikirləri səsləndirib. Belə ki, Qubadan olan deputat Bakı-Quba yolunun bərbad durumunu sərt tənqid edib:
“Deyirlər alternativ, pullu yol çəkilir. Bu, əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavini, istər nazirlərin hamsının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir dəfə, iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər?”.
Fəzail Ağamalı: “Yüksək əməkhaqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm”
Yerli mətbuata açıqlamasında qiymətlərin baha olmasından şikayətlənən deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu fikirləri səsləndirib.
“Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?”, - deyə deputat əlavə edib.
Tahir Kərimlinin “əjdahası”
Millət vəkili, Vəhdət Partiyasının sədri öz sosial şəbəkə hesabından paylaşdığı videomüraciətdə əlində tutduğu dinozavr oyuncağı ilə gündəm olmağı bacarmışdı. Deputat onu təhdid edənlərlə bağlı paylaşdığı videoda bunları deyib:
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”.
Zahid Oruc: “Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla (“Tərtər işi”ndə işgəncələrə məruz qalanların valideynləri) görüşmədi və saxta ittihamnamələri araşdırmadı”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə ilk dəfə “Tərtər işi” ilə bağlı çıxış edərək bu fikirləri səsləndirdi. Deputat bildirib ki, məhkumların hüquqlarını qorumaq üçün aparılan ictimai kampaniyaya rəğmən vətəndaş ədaləti Prezident İlham Əliyevdən gözləyir:
“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır? Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı”.
Qüdrət Həsənquliyev: “Azərbaycanın adı dəyişdirilsin”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında bu fikirləri səsləndirib:
“Hesab edirəm ki, biz yeni konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:00 / 03.01.2023
2022-ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARI
Hazırda oxunan: 2022-ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARI
Hazırda oxunan: 2022-ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARI
112840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.