''Birləşmiş Krallıq Azərbaycana 30 milyard investisiya qoyub'' - Prezident 

''Birləşmiş Krallıq Azərbaycana 30 milyard investisiya qoyub'' - Prezident 

Hazırda oxunan: ''Birləşmiş Krallıq Azərbaycana 30 milyard investisiya qoyub'' - Prezident 

11279

''İki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik''.

Bizim.Media xəbər veri ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Britaniyanın dövlət nazirini qəbul etdi - YENİLƏNİB - VİDEO


Prezidentin sözlərinə görə, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar ölkəni müasirləşdirməyə çox kömək edib:

''Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir.

Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO