“Bakı Xankəndi ilə bağlı 2025-ci ili gözləyir” - SƏBƏB

“Bakı Xankəndi ilə bağlı 2025-ci ili gözləyir” - SƏBƏB

Hazırda oxunan: “Bakı Xankəndi ilə bağlı 2025-ci ili gözləyir” - SƏBƏB

112761

Ermənistan Qərbdəki havadarları ilə birlikdə çalışır ki, Laçın yolunda keçirilən aksiyaya cavab olaraq BMT-nin "faktaraşdırıcı missiyası”nı prosesə cəlb etsin. İrəvan "humanitar fəlakət” adı altında belə bir "faktaraşdırıcı missiyası”nın bölgəyə gətirilməsində maraqlı görünür. Bu yolla Ermənistan prosesə təzyiq etməyi düşünür. 

Bu fonda bir sıra ekspertlər təklif edir ki, İrəvanın manevr imkanlarını neytrallaşdırmaq üçün Laçın yoluna BMT "faktaraşdırıcı missiyası”nın gəlişini Bakı özü təklif etsin.

Onların fikrincə, Bakının bu addımı yolun bağlanmadığı, humanitar keçid üçün bütün şəraitin yaradıldığı arqumentini gücləndirə, ermənilərin "humanitar fəlakət” iddialarının yalan olduğunu üzə çıxara bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev məsələnin beynəlxalq müstəviyə çıxarılması və hansısa kənar qüvvələrin dəvət edilməsini məqsədəuyğun hesab etmir: 
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndi-Laçın yolunda aksiya davam edir


“Dekabrın 20-dən başlayaraq Fransa Ermənistanı dəstəkləmək məqsədilə bu işi həyata keçirmək istəyib. Amma bu alınmadı. Bakının BMT-dəki tərəfdarlarının etirazı ilə Fransanın təqdim etdiyi mətndən Dağlıq Qarabağ ifadəsi çıxarıldı və burada humanitar məqsədlərin yalnız Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsilə həyata keçirilməsi öz əksini tapdı. Nəticədə Paris təklifindən əl çəkdi və sənəd geri qaytarıldı.

Bu bir daha onu göstərir ki, Azərbaycanın artan gücü artıq BMT Təhlükəsizlik Şurasında gedən proseslərə də təsir etmək imkanı yaradıb. İkinci mühüm məsələ ondan ibarətdir ki, Laçın dəhlizində baş verən prosesləri Azərbaycan beynəlxalq müstəviyə çıxarmağın tərəfdarı deyil. Çünki ən azından arxada qalan və acı tarixlərlə yadda qalan 30 illik tariximiz var. Bu müddət ərzində beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanımadılar. Son nəticədə problemi Azərbaycan özü həll etdi.
 

İndiki məsələdə BMT-nin faktaraşdırıcı missiyasının Qarabağa gətirilməsi Azərbaycanın maraqlarına cavab vermir. Gözləyirik ki, uzağı 2025-ci ilə qədər sülhməramlı qüvvələrin ərazilərimizi tərk edib getsin və Azərbaycan problemi özü həll etsin.


Dəfələrlə Azərbaycan Prezidenti də bəyan edib ki, Bakı ərazilərimizdə yaşayan ermənilərlə bağlı bütün siyasi, hüquqi məsələləri özü təkbaşına həll edəcək. Burada hansısa bir kənar dövlətlərin, beynəlxalq təşkilatların iştirakına ehtiyac yoxdur. Bu məsələnin beynəlxalq müstəviyə qaldırılması və hansısa kənar qüvvələrin dəvət edilməsi məqsədəuyğun deyil.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO