Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etməsi ilə mümkün olub.
Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:
1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1600 manat;
2 ilədək - 1800 manat;
2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1400 manat;
2 ilədək - 1600 manat;
3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1200 manat;
2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.
Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:17 / 28.12.2022
Əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumlar müəyyənləşdi - SİYAHI
Hazırda oxunan: Əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumlar müəyyənləşdi - SİYAHI
Hazırda oxunan: Əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumlar müəyyənləşdi - SİYAHI
112168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.