Xəbər verdiyimiz kimi, Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Qarabağdakı filiz yataqlarının istismarı ilə bağlı araşdırmalara beynəlxalq ekspertlər də cəlb olunub. Daha sonra o qeyd edib ki, bu, Azərbaycanın Ermənistana qarşı dövlətlərarası iddiasının hazırlanması üzrə işin tərkib hissəsidir.
Bizim.Media xəbər verir ki, millət vəkili Rasim Musabəyov sosial şəbəkə hesabında sözügedən məsələ ilə bağlı fikirlərini bölüşüb:
“Gördüyümüz kimi, Azərbaycan ərazilərinin müharibə və uzunmüddətli işğalı nəticəsində zərər çəkmiş dağıdıcılıq və talanların sənədləşdirilməsi prosesi gedir. Eyni zamanda nüfuzlu xarici audit şirkətləri bu prosesə cəlb edilib”, - deyə deputat əlavə edib.
Rasim Musabəyov Ermənistanın təzminat ödənilməsindən qaçmaq üçün hansı yola baş vura biləcəyini də qeyd edib:
“Güman edirəm ki, danışıqların sonunda bu və ya digər mübahisəli məsələdə razılığa gəlmək üçün İrəvan sülh müqaviləsinə tərəflərin qarşılıqlı maddi iddialardan imtina etməsi haqqında bəndin daxil edilməsini təklif edəcək. Və Ermənistan tərəfi yalnız müstəsna olaraq mülki iddiaların təmin edilməsini nəzərə almaq və qarşılıqlı razılaşmanın əldə olunmasına çalışacaq.
Lakin bu variant işləməyəcək. Ermənistanın indi kompensasiya ödəmək imkanından asılı olmayaraq, təzminat məsələsi rəsmi İrəvanın başı üzərində Domokl qılıncı kimi mühüm əhəmiyyət kəsb edir. Bu, qonşumuzla münsabitlərin gələcəyi üçün də vacib məqamdır.
Ermənilərin Türkiyəyə qarşı çoxəsrlik iddialarını Azərbaycanın Ermənistana qarşı oxşar, lakin daha yaxşı sənədləşdirilmiş və daha yeni iddiaları ilə balanslaşdırmağa dəyər”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:50 / 28.12.2022
Ermənistan təzminatdan necə qaça bilər? – Rasim Musabəyovun ŞƏRHİ
Hazırda oxunan: Ermənistan təzminatdan necə qaça bilər? – Rasim Musabəyovun ŞƏRHİ
Hazırda oxunan: Ermənistan təzminatdan necə qaça bilər? – Rasim Musabəyovun ŞƏRHİ
112077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.