Gömrük Komitəsinə sədr müavini təyin olunan Natiq Şirinov kimdir? – DOSYE 

Gömrük Komitəsinə sədr müavini təyin olunan Natiq Şirinov kimdir? – DOSYE 

Hazırda oxunan: Gömrük Komitəsinə sədr müavini təyin olunan Natiq Şirinov kimdir? – DOSYE 

112067

Xəbər verdiyimiz kimi, Natiq Şirinov Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 

Bizim.Media xəbər verir ki, Natiq Telman oğlu Şirinov Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Natiq Şirinov Gömrük Komitəsi sədrinin müavini təyin edildi – SƏRƏNCAM


O, 2006-2011-ci illərdə “ATA Holding”də çalışıb. Natiq Şirinov sonrakı illərdə Vergilər Nazirliyində Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi vəzifəsində çalışıb. 

O, 5 fevral 2016-cı il tarixində Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyinat alıb. 

N.Şirinov 3 iyul 2019-cu il tarixində Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 

2021-ci il fevralın 12-də Prezidentin müvafiq sərəncamı ilə Natiq Şirinova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO