“Rusiya ilə birlikdə olmağımız imkan verir ki...” – Tofiq Abbasov

“Rusiya ilə birlikdə olmağımız imkan verir ki...” – Tofiq Abbasov

Hazırda oxunan: “Rusiya ilə birlikdə olmağımız imkan verir ki...” – Tofiq Abbasov

11200

Xəbər verdiyimiz kimi, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib ki, 2021-ci ildə yeni Rusiya-Azərbaycan layihələrinin icrasına, xüsusən də Azərbaycanda kənd təsərrüfatı və yol tikinti texnikasının yığılmasının təşkili ilə bağlı işlərin başlanması gözlənilir.

Bizim.Media xəbər verir ki, sözügedən bəyanatı Rusiya-Azərbaycan əlaqələrinin yeni fazasının anonsu adlandıranlar da var.
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın vaxtlarda sərhədlər açılır? - Proqnozun real tərəfi - FOTO


Bəs, mövzu ilə bağlı saytımıza müsahibə verən politoloq Tofiq Abbasov nə düşünür?

“İki dövlət arasında münasibətlər get-gedə inkişaf edir. Anlaşma şəraiti tam bərqərar olub və açılan imkanlardan istifadə etməmək böyük bir qəbahətdir. Çünki müasir dövrdə ən vacib məsələlərdən biri inteqrasiyanın genişlənməsidir. Tranzit imkanların bərpası və beynəlxalq yükdaşımalarda qonşu dövlətlərin bir-biri ilə həmahəng sistemlərə gəlib, çıxmasıdır. Bu baxımdan, Azərbaycan ilə Rusiya arasında çox böyük imkanlar var”.

Azərbaycan və Rusiyanın bir-birinə yaxşı bələd olduğunu qeyd edən Tofiq Abbasov bildidi ki, “əlavə birləşdirici motivlərə ehtiyac yoxdur. Çünki biz uzun illər bir məmləkətin təsirində olmuşuq. 

Digər tərəfdən müasir dövrün beynəlxalq platformasında bir yerdə olmağımız imkan verir ki, birgə ticarət, istehsal işlərini, elmi texniki araşdırmaları gücləndirək.

Ümumiyyətlə, dünyanın əsas tələbləri ondan ibarətdir ki, ilk növbədə müəyyən məsələləri yaxın ətrafda olan qonşular inkişaf etdirsin. Həmçinin üçüncü dövlətlər üçün də yeni imkanlar açsınlar. 

Bakı ilə Moskva arasında siyasi dialoqun da güclənməsi yeni imkanlara yol açır. Hazırda Rusiya ilə Azərbaycan arasında problemli məsələr yoxdur ki, qarşılıqlı əməkdaşlığa maneə yaratsın. 

Politoloq ikitərəfli hökümətlərarası komissiyanın (Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası) fəaliyyətinə də toxundu:

“Bu, işini daim aparan bir formatdır. Komissiya vaxtaşırı dövlət işlərini lisenziya ilə təmin edir və yeni layihələrin hazırlanması ilə bağlı tövsiyələrini verir. 

Hesab edirəm ki, biz (Azərbaycan-Rusiya) həm qonşuluq siyasətində, həm də Avrasiya məkanındakı şəraitdən istifadə edirik və hər iki tərəf bundan bəhrələnir”.- deyə Tofiq Abbasov fikrini tamamladı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO