Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb – FOTO/VİDEO

Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb – FOTO/VİDEO

Hazırda oxunan: Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb – FOTO/VİDEO

111989

Xəbər verdiyimiz kimi dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kvartalda görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına Kvartalda görülən işlər barədə məlumat veriblər.  
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Ağ Şəhərin Mərkəzi Park Kvartalında görülən işlərlə tanış olub – FOTO/VİDEO


Bildirilib ki, Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü küçələrin salınması və yolaltı kommunikasiya infrastruktur işləri tamamlanıb. Bunlar, əsasən Qarabağ Atları, 3-cü Şərq, 6-cı Park küçələri və bir sıra digər küçələrdir.  

Bununla da artıq Ağ Şəhərin Xəqani Rüstəmov küçəsindən əlavə daha iki küçəsinin Babək prospektinə rahat giriş və çıxışı təmin ediləcəkdir. 

Prospekt boyunca magistral su xətti, yüksək və orta təzyiqli qaz xətləri, elektrik magistral xətlər köçürülərək Ağ Şəhər layihəsinə uyğunluğu təmin edilib.  

Tamamlama işləri çərçivəsində arabalar üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu tumbalar, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti tərəfindən videokameralar quraşdırılıb, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, “Azəriqaz” İstehsalat birliyi tərəfindən yeraltı kommunikasiyalar, “Delta Telecom” MMC tərəfindən isə İT kanal sistemləri çəkilib.

Bildirilib ki, Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir.  

Prezident İlham Əliyev Qarabağ Atları Meydanına gələrək burada ağac əkib.  

Sonra dövlət başçısı Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.  Qarabağ Atları küçəsində avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti üçün hər cür şərait yaradılıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka birləşir.  
 
Prezident İlham Əliyev avtobusla Bakı Ağ Şəhər Mərkəzi Park Kvartalını gəzib.  

Dövlət başçısına məlumat verilib ki, Meydanın ətrafındakı yaşayış binalarının birinin fasadında keramikadan xüsusi hazırlanmış pano quraşdırılıb. Həmçinin burada dördmərtəbəli hipermarket binasının, Babək prospektində müasir dizaynlı çoxfunksiyalı binanın və yaşıllaşdırılmış avtodayanacağın inşası başa çatıb. Bu kommersiya binaları Babək prospekti boyunca yerləşən satış və ticarət məkanlarının davamı olacaq.  

Diqqətə çatdırılıb ki, burada, həmçinin Bakı Ağ Şəhərin “landmark”-ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək.
 

Yeraltı və yerüstü avtodayanacaqların, müasir havalandırma sisteminin, sürətli liftlərin nəzərdə tutulduğu binanın qarşısında gəzinti və istirahət üçün geniş yaşıl meydan salınacaq. 


Ətraf mühit və ekologiyanı tikintidə əsas amil kimi nəzərə alaraq binanın BREEAM ekoloji sertifikatlaşma təşkilatı tərəfindən layihələndirmə mərhələsindən dəyərləndirilməsinə başlanılıb. 

Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib.  

Bu park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ Atları meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı üzərində yerləşəcək.  

Prezident İlham Əliyev: Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var.  

Ruslan Sadıxov: Maşallah, cənab Prezident, qoyduğunuz bütün təməllər hamısı uğurlu olur. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır.  

Dövlət başçısına Bakı Ağ Şəhər layihəsi çərçivəsində növbəti illərdə görüləcək işlər barədə də məlumat verilib.  

Bizim.Media

 














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO