İşğalda olan 8 kənd delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır - RƏSMİ

İşğalda olan 8 kənd delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır - RƏSMİ

Hazırda oxunan: İşğalda olan 8 kənd delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır - RƏSMİ

111970

“Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.

Bizim.Media xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O, delimitasiya ilə bağlı danışıqların Ermənistanla müzakirələrdə mühüm istiqamət olduğunu deyib:

“30 ildir, bu ölkələr arasında sərhədlər müəyyənləşməyib, çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib”.

Nazir bütün hüquqi sənədlərin mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesinin davam etməli olduğunu deyib.

O, Ermənistana delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməyə çağırış olunduğunu deyib. Nazir bu ilin sentyabrında sərhəddə baş verən təxribatları xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO