Qırğız gənclərindən Şuşa-Xankəndi yolundakı eko aksiyaya DƏSTƏK

Qırğız gənclərindən Şuşa-Xankəndi yolundakı eko aksiyaya DƏSTƏK

Hazırda oxunan: Qırğız gənclərindən Şuşa-Xankəndi yolundakı eko aksiyaya DƏSTƏK

111949

Qırğızıstan Respublikasının Birləşmiş Gənclər Təşkilatı - İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏT Gənclər Təşkilati ARM) hazırda Şuşa-Xankəndi yolunda davam edən eko aksiyaya dəstək təşəbbüsünü müdafiə edən bəyanatla çıxış edib. 

Bizim.Media xəbər verir ki, bəyanatda Mərkəzi Asiyada çayların quruması nəticəsində ətraf mühitə dəyən ziyanın hansı fəsadlar törətdiyi, xüsusilə, Qırğızıstanın təbii resurslardan məhrum olması faktı nəzərə çatdırılır, bu səbəbdən, Birləşmiş Gənclər Təşkilatı Qarabağda ətraf mühitə qarşı törədilən qanunsuz hərəkətlərdən təəssüf keçirdiyini bildirir.

Sənəddə o cümlədən, İƏT Gənclər Təşkilati ARM bu istiqamətdə apardığı fəaliyyət yüksək qiymətləndirilir və qırğız ekspertlərin Qarabağda ekoloji monitorinq fəaliyyətində iştirak etməyə hazır olduqları qeyd edilir.

Qeyd etmək lazımdır ki, İƏT Gənclər Təşkilati ARM-nin Qarabağda məlum eko fəaliyyətinə dəstək təşəbbüsünə artıq Pakistanda fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitut və Gənc Diplomatlar Forumu, İndoneziyanı təmsil edən İndoneziya Milli Gənclər Şurası və İndoneziya İƏT Gənclər Təşkilatı və Gürcüstan Müsəlman Gənclər Mərkəzi dəstək olaraq analoji bəyanatlarla çıxış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO